Gündəm / Siyasət / İqtisadiyyat

Azay Quliyevin çətiri altında əriyən BÜDCƏ PULLARI - BU NƏDİ BELƏ?

Azay Quliyevin çətiri altında əriyən BÜDCƏ PULLARI - BU NƏDİ BELƏ?

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı ilginc açıqlamalarını davam etdirir.

"Kanal14.az" DİA.AZ-a istinadən bildirir ki, bu dəfə daha detallı bilgilər paylaşan İSBAM sədri maraqlı faktlara istinad edib. Beləliklə, Samir Adıgözəlli bildirir:

"Yeniden diqqəti QHT Agentliyinin 2023 cu il qrant müsabiqəsinə yönətmək istəyirəm. Araşdırmalar göstərir ki, müsabiqə qeyri-şəffaf həyata kecirilmişdir. Layihələrin qiymətləndirilməsi prosedoru həyata keçirilmədən , qranta müraciət edən təşkilatların bu istiqamətdə təcrübələri nəzərə alinmadan qərarlar verilmişdir.

İstər kiçik qranta olan müraciətlərdə, istər Qərbi Azərbaycanla bağlı, istərsə də Heydər Əliyev ilinə həsr olunmuş musabiqənin qaliblərinin böyük əksəriyyəti muəyyən tapşırıqlar əsasında qalib elan olunmuşdur.

Hələlik əldə olunan informasiyalardan birini , bir təşkilatla baglı məqamı sizlərlə bölüşmək istəyirəm.

İpək yolu qloballaşmaya dəsdək ictimai birliyinə 19000 manat qrant ayrılıb . Bu təşkilat görkəmli "Qərbi Azərbaycanlilar:
Elm, Təhsil və Mədəniyyət məbədi İrəvan" mövzusunda lahiyə həyata kecirəcəkdir .

Təşkilata qrantın ayrılmasının xahişini Diaspor Komitəsinin sədri Fuad Muradov edib.Bu birlik layihəni necə icra edəcəyini zaman gostərəcək.

Ötən 2022 ci idə İpək yolu təşkilatı layihəsini Avrasiya universitetində həyata keçirib .
Qeyd edim ki, birliyin sədri Əsədov Ədalətin qardaşı riyaziyyatçı Aqil Əsədov 2018- 2021 ci illərdə Dövlət Diaspor Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdürü olub.

Hazirda Strateji Planlaşdırma şöbəsinin müdiri və Avrasiya universitetində müəllim işləyir
Təbii ki tələbələri burada aditoriyada toplayıb tədbirlər keçirmək rahat bir işdir. ( Bu məsələnin ayrı bir tərəfidir )
Bu və digər təşkilatların Qərbi Azərbaycan kimi xususi əhəmiyyət kəsb edən mövzulara müraciəti agentlik tərəfindən dəqiq araşdirilmali daha sonra qərar verilməli idi.

Müxtəlif rəsmi dairələrdən və hansısa maraq müqabilində qrant müsabiqəsinin keçirilməsi karrupsiya kimi bir bəlanin vətəndaş cəmiyyətinin də cənginə almış olmasıdır.

Tapşırıq və digər maraq naminə qrant ayrilan təşkilatları bir-bir cəmiyyətə təqdim edəcəm.
Hörmətli Aygun Aliyeva xanım, Agentliyin yeni qaydalarına əsasən layihələrin təkcə icrasına deyil, qrantların ayrılmasında siz məsulsunuz".

Məsələ diqqətimizdədir qarşı tərəfi də dinləməyə hazırıq.