Gündəm / Cəmiyyət

QHT Agentliyi kiminsə "xətrinə" 3 ayın təşkilatına 8000 manat qrant verir.

QHT Agentliyi kiminsə

Kanal14.az: - İSBAM sədri Samir Adigözəlli QHT Agentliyində baş verən qanunsuzluqları və büdcə pullarının boş yerə sovrulmasının araşdırmasına davam edir.
Araşdırması ilə bağlı Samir bəy yazır:

Diqqət :
QHT Agentliyi 3 ayın təşkilatına 8000 qrant ayırıb.

" Jurnalistika Sənətkarlığına Dəstək" ictimai birliyi bir ayın içində qeydiyyatdan keçib və qrant müsabiqəsinə sənəd təqdim edib. İki ay sonra qalib elan olunur və 8000 manat qrant ayrılır.

QHT Agentliyində belə bir qayda var idi ən azı bir il fəaliyyəti olmalıdı.

Bir il fəaliyyəti olan təşkilata isə ən yuxarı 5000 manat qrant ayrıla bilərdi.

Agentlik qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə dəyişərək 3 ayın təşkilatına 8000 manat qrant verir. Və bu tək hal deyil.

Necə olur təşkilatlar var 5-10 ildir qeydiyyat gözləyir.
Bunlar isə bir zəngə hər işlərini görürlər.

QHT Agentliyi kiminsə

"Jurnalistika Sənətkarlığına Dəstək" birliyinin müsabiqədə qalib olmasının arxasında icraçı direktor Aygun Aliyeva xanım şəxsən dayanır.

Araşdırmalarımı davam etdirirəm . Bildirmək istəyirəm ki, adı çəkilən təşkilatlar, şəxslərlə heç bir qərəzim yoxdur.
Məsələ Dövlət Agentliyinin yol verdiyi qanunsuzluqları gündəmə gətirməkdir."//Teref.az