Gündəm / Cəmiyyət / Sosial

Banklar yaralı hərbçilərimizə güzəşt edəcək - RƏSMİ

Banklar yaralı hərbçilərimizə güzəşt edəcək - RƏSMİ

Antiterror tədbirlərində yaralanmış hərbçilərimizin banklara olan kreditlərinə güzəşt tətbiq ediləcək.

"Kanal14.az” xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclasında qərar verilib.

Bildirilib ki, antiterror tədbirlərində yaralanmış banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinəcək.