Sosial

Əmanəti yerli, yoxsa əcnəbi banka qoymaq sərf edir?

Əmanəti yerli, yoxsa əcnəbi banka qoymaq sərf edir?
 
 
 
 
 
 
 
 

 
 
 
 
Azərbaycan banklarında əmanət faizləri kredit faizlərinə uyğun deyil. "Marja.az” müxtəlif bankların 12 ay müddətinə manat əmanəti faizlərini təqdim edib.

Siyahıya görə, hazırda 12 ay müddəti üzrə ən yüksək əmanət faizləri "Yelo Bank”,” Amrahbank”, "Azərbaycan Sənaye Bankı”, "AtaBank”, "GünayBank”, "Muğanbank”, "NBCBank” və "Turanbank”- dadır.

Qeyd edək ki, siyahıya əsasən, Azərbaycanda əmanət faizləri 4 faizdən başlanır. Müxtəlif banklar 5; 5,5; 6; 6,5; 7; 7,8; 8; 8,5; 9; 9,5 və 10 faizlə əmanət götürürlər.

Maraqlıdır, bəs xarici ölkələrdə əmanətlərə hansı faizlər tətbiq edilir?

Cebhe.info-nun araşdırmasına görə, inkişaf etmiş ölkələrdə əmanət faizləri heç də yüksək deyil. Əksər ölkələrdə banklar əmanətlərə 1 faiz təklif edirlər. Bu Azərbaycanla müqayisədə xeyli aşağıdır. Amma məsələ orasındadır ki, xaricdə kredit faizləri də aşağıdır. Banklarda kredit portfeli əmanətlərin hesabına formalaşdığından hər ikisində aşağı faizlər təklif olunur.

Qeyd edək ki, Avropa ölkələrində kredit faizləri əsasən 3-5 faiz arasında dəyişir. Azərbaycanda isə banklar istehlak kreditlərini əsasən 16-22 faizlə təklif edir. Hətta bəzi banklarda kredit faizləri 30 faizədək yüksəlir.

Ekspertlər hesab edir ki, Azərbaycanda da əmanət ilə kredit faizləri arasındakı münasibətin tənzimlənməsinə ehtiyac var.