Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycan bankları krediti 12%-lə verir? Bazarda banklar arasında görünməmiş rəqabət davam edir

Azərbaycan bankları krediti 12%-lə verir? Bazarda banklar arasında görünməmiş rəqabət davam edir

Son bir neçə aydır Azərbaycan bankları istehlak kreditləri bazarında müştərilərə presidenti olmamış təkliflər verməyə davam edirlər. Hazırda kredit bazarında faizlər tarixi minimuma düşərək 12-13%-lə verilir. Bu qədər aşağı faizlə istehlak kreditini Azərbaycanda heç bir zaman olmayıb. Nəzərə alsaq ki, ölkədə COVİD 19-dan sonra rəsmi inflyasiyanın həcmi 13% təşkil edir, bankların belə ucuz faizlə kredit verməsinin səbəbi nədir? Unutmaq lazım deyil ki, bankların kredit faizinin içində təxminən 7-10% əməliyyat xərcləri vardır və bankların depozit qismində cəlb etdikləri vəsaitlərə görə çəkdikləri xərcdə təxminən 6-11% həcmindədir. Yəni bu qədər xərcin qarşılığında banklar necə ola bilərki belə aşağı faizlə kredit verə bilsinlər?

Banker.az ekspertlərinin fikrincə bunun əsas səbəbi bazar uğurdan gedən mübarizədir. Mərkəzi Bankın qaydalarına əsasən, hər müştəri öz əmək haqqısının müəyyən bir hissəsini yalnız kreditə (həmçinin zaminlik üzrə öhdəliyə) yönəldə bilər və banklarda məhz onların bu paya sahib olması üçün faiz dərəcələrini maksimal cəlbedici ediblər. Yəni hər bir bank, müştərinin DTİ limitini öz krediti ilə (öhdəliyi) tutmağa çalışırki müştəri digər banka qismət olmasın.

İkinci səbəb isə, bankların bəzilərinin çox ucuz vəsait mənbəsinə çıxışının olmasıdır. Bu ya bankın Mərkəzi Bankdan uçot dərəcəsi səviyyəsində kreditlərin cəlbi, bəzi bankların isə ucuz faizlə böyük məbləğlərdə depozitlərin hesabına belə kampaniyaları həyata keçirmək iqtidarında olmalarıdır.

Bir məsələ aydındırki, Mərkəzi Bankın son kreditləşmənin sərtləşməsi ilə bağlı etdiyi dəyişikliklərdən sonra banklar çalışırlarki kredit portfellərini qoruyub saxlasınlar və ya imkan olduqca onu indidən artırsınlar. Çünki bunu sonradan etmək daha çətin və bahali əməliyyat olacaq.

Gözlədiyimiz odurki, bir müddətdən sonra bankların öhdəliklərin bağlanmaq şərti ilə verdiyi kreditlər bazarda geniş vüsət alacaq. Çünki yüklü müştəriyə kredit verməyin yeganə yolu onun digər bankda olan kreditinin bağlanması şərti ilə verilən kreditdir.