Gündəm / Siyasət / Cəmiyyət

Qarabağdakı qondarma qurum özünü BURAXDI

Qarabağdakı qondarma qurum özünü BURAXDI

Qarabağdakı qondarma rejim özünü buraxdığını elan edib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə separatçıların "prezidenti" Samvel Şahramanyan "fərman" imzalayıb. 

O, bütün qondarma dövlət qurumlarını ləğv edərək əhalini Azərbaycanın reinteqrasiyası üçün şəraitlə tanış olmağa çağırıb: "Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, insanların fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir.

1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ Respublikası (Azərbaycanın Qarabağ iqtisadi rayonu - red.) öz fəaliyyətini dayandırsın.

2. Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. 

Bu fərman dərc edildiyi gündən qüvvəyə minir".