Gündəm / Cəmiyyət / Video

Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Tovuz rayonu Düz Cırdaxan kənd sakini Kamran Əhmədov İkinci Qarabağ Müharibəsində iştirak edib. Könüllü olaraq qatıldığı müharibədə Füzuli, Qubadlı, Zəngilan, Laçın dəhlizi və Şuşa istiqamətində döyüşüb.

"Kanal14.az" DİA.AZ-a istinadən onun müraciətini təqdim edir: "Həmin istiqamətlərdə gedən döyüşlər zamanı baş nahiyəmdən xəsarət almışam. Üç ildən çoxdur ki, mən əlillik qrupumu ala bilmirəm. Xahiş edirəm ki, əlillik dərəcəmi ala bilməyimdə mənə köməklik edilsin. Müalicəmlə əlaqədar müraciət etmədiyim yer qalmadı. Çarəsizlikdən üç min manat kredit götürüb, özümü müalicə etdirmişəm. İndi borc içində üzürəm. Yerli icra hakimiyyətinə bununla bağlı müraciət etmişəm, demişəm ki, torpaqlar uğrunda döyüşmüşəm, heç olmasa, mənə də bir qədər torpaq sahəsi ayrılsın.Məni başlarından etdilər. Tovuzun deputatı Ülviyyə Ağayeva ilə şəxsən görüntülü danışmışam, telefonla əlaqə saxlamışam. O da mənim problemimə biganə yanaşdı. Qazax və Maştağadakı tibb mərkəzlərində müalicə almışam, sənədlərim də var, amma onlara məhəl qoyan yoxdur" - deyə, müharibə iştirakçısı bildirib.

Vətəndaş şikayəti ilə bağlı ƏƏSMN nəzdindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayon sakini Əhmədov Kamran Xanoğlan oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş əsasında sonuncu dəfə 01.04.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib və müayinəsi aparılıb: "Müayinə zamanı şəxsin hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Nəticədə Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib. Son 1 il ərzində Kamran Əhmədova aid yeni forma-88 sənədi Əlillik altsisteminə daxil edilməyib. Vətəndaşın qeydiyyatda olduğu tibb müəssiəsi tərəfindən yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyinin təkrar qiymətləndirilməsi aparıla bilər".

Məlumat üçün qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, aidiyyatı şəxslər dövlət əhəmiyyətli tədbirdə iştirak etdiklərindən suallarımızı cavablandıracaq kimsə hal-hazırda yoxdur. Rəsmi məsul qurumun mövqeyini dərc etməyə hazırıq.