Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanlar cərimə ediləcək

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanlar cərimə ediləcək

Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma hallarına görə İnzibatı Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur.

Dövlət Vergi Xidmətindən "Kanal14.az"a bildirilib ki, bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq edilir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olan şəxsləri isə 400 manatdan 600 manatadək maliyyə sanksiyası gözləyir.