Gündəm / Siyasət

İrəvanla Xankəndi arasında RABİTƏ KƏSİLİR... - Bundan sonra...

İrəvanla Xankəndi arasında RABİTƏ KƏSİLİR... - Bundan sonra...

"Ermənistan hakimiyyəti artsaxın yeni seçilmiş hakimiyyətini nəinki təbrik etməyib, hətta bizdə olan məlumata görə, mövzu baxımından onlarla işləmək üçün ən yüksək səviyyədə heç bir əlaqə belə qurmayıb”.

Kanal14.az moderator.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın "Pact info”("Fakt info”) gündəlik qəzeti yazır.

Nəşrin Xankəndində olan mənbəyi bildirir ki, Ermənistan hakimiyyəti Qarabağın dağlıq hissəsindəki erməni cəmiyyətinin aşağı qruplarıyla "formal təmaslar nümayiş etdirməklə süni imitasiya yaratmağa çalışır”, lakin ümumilikdə "belə bir çətin vəziyyətdə” Ermənistan hakimiyyətindən faktiki olaraq ciddi dəstək yoxdur”.

Eyni zamanda həmin mənbə bildirir ki, "bu gün vəziyyət dəyişib” və Paşinyan hökuməti indiki separatçı rejim "hökuməti”nə "təzyiq gözstərə və onu şantaj edə bilməz”.
"Bu isə Nikol Paşinyan və onun hökumətini ikitərəfli münasibətlər qurmağa məcbur edir. Bundan başqa, Ermənistan hökuməti Azərbaycana heç bir şəkildə artsaxla heç bir əlaqəsinin olmadığını göstərməyə çalışır” -erməni qəzeti belə yazır.
Xatırladaq ki, keçmiş baş separatçı Araik Arutyunyan faktiki devrildikdən sonra Qarabadakı separatçıların başına "prezident" kimi Kremlin "stavka" etdiyi Samvel Şahramanyan təyin olunub...