Gündəm / Cəmiyyət / Səhiyyə

Vüqar Qurbanovdan daha bir xəstəxanaya təyinat

Vüqar Qurbanovdan daha bir xəstəxanaya təyinat

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub. O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.