Gündəm / İqtisadiyyat

Agentlikdən "Rinara Pharma” şirkətinə 1,8 milyonluq dərman sifarişi - TENDER NƏTİCƏSİ

Agentlikdən

İcbari Tibbi Sığorta Agentliyi növbəti tender elanın nəticələrini elan edib.

"Kanal14.az" FED.az-a istinadla xəbər verir ki, qalib "Rinara Pharma” MMC (VÖEN: 1601171061) seçilib

Qalib şirkətə 1 400 034 manat məbləğində müqavilə imzalanıb.

Sözü gedən tenderdə xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və sərfiyyat mallarının satın alınması nəzərdə tutulur.