Gündəm

AM sədri Ramiz Rzayevlə görüşmək istəyən Qarabağ qazisinin ağzını bağladılar

http://bakunews.az/uploads/posts/2019-02/thumbs/1549361237_ramiz-rzayev.jpg
 
Dünən gec saatlarda Bakunews.az-a verilən məlumat da qeyd edilirdi ki, Ali Məhkəmənin qarşısında Qarabağ qazisinin halı pisləşərək təcili tibbi yardım çağrılıb. Buna səbəb isə Qarabağ qazisi Qərib Əliquliyevə qarşı verilmiş hökmün surətini istəməsi tələbinə məhələ qoyulmaması olub. Hakim Zakir Quliyevin verdiyi qərarın surətini istəyən vətəndaş Qarabağ qazisi əsəb keçirdərək səhhəti pisləşmişdi. Bu gün yenidən Ali Məhkəmənin qarşısına gedən QAZİ AM-nin sədri Ramiz Rzayevin qəbuluna düşmək istəyib. Amma gözləmədiyi təzyiqlərə məruz qalıb. Qarabağ qazisinin təzyiqlərə məruz qalmasını yaxın qohumları Bakunews.az-a bildirib. Beləki, hamıya sirr olmayan Ramiz Rzayevin məhz Ali Məhkəmənin yaxınlığında yaşamasıdır ki, Qarabağ Qazisi məhkəmə binasına buraxılmadığından sədrin evinin qarşısına gedib.R.Rzayevlə görüşmək və ona deyiləcək sözünün olmasını bildirib. Amma Polis əməkdaşları sədrə yaxınlaşmaq istəyən qazinin əl-qolunu tutaraq ağzını bağlayıblar. Ağzının bağlandığını iddia edən Qərib Əliquliyev Ramiz Rzayevlə görüşməsinə sunni maniələrin məhz qarşı tərəfin yaradıldığını bildirib. Haqqımı tələb edirəm amma Ali Məhkəmədə oturan qüvvələr sədrlə görüşümündə qarşısını almaq tapşırığı veriblər deyə qeyd edib.

Bizdə öz növbəmizdə ümid edirik ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev Vətən uğrunda Qazi olan Qərib Əliquliyevi qəbul edərək onu dinləyəcək.

Bakunews.az
AM sədri Ramiz Rzayevlə görüşmək istəyən Qarabağ qazisinin ağzını bağladılar