İrəvanda Ağsaqqallar Şurasına seçkilərdən sonra Ermənistanın icra hakimiyyəti orqanında istefa formasında bir sıra dəyişikliklərin olacağı gözlənilir.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazıb. 

"Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Akop Simidyan istefa verəcəklər. Sanosyanı Sünik (Zəngəzur - red.) vilayətinin qubernatoru Robert Qukasyan əvəz edəcək. Hələlik hakim qüvvədə Simidyan və Minasyanın əvəzedicisi yoxdur, lakin bu məsələ seçkilərə qədər həllini tapacaq", - qəzet qeyd edib.