Nikol Paşinyan yaxın vaxtlarda bir neçə naziri işdən çıxaracaq.

"Kanal4.az” xəbər verir ki, bu barədə "Hraparak” nəşri yazıb. 

Bildirilir ki, dəyişikliklərin payızda, oktyabrda edilməsi nəzərdə tutulduğundan və hələ yekun qərar olmadığından hələlik bu, gizli saxlanılır. Bəzi məlumatlara görə, gedənlər arasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da ola bilər. 

"Deyirlər ki, Paşinyan ötən həftə Sünikə səfəri zamanı rəhbərlik etdiyi sahədə bəzi nöqsanları qeyd edib və bu barədə onu müşayiət edənlərə eyham vurub. Baxmayaraq ki, Paşinyanı tanıyaraq onun ətrafındakılar bu qərarın hər dəqiqə dəyişə biləcəyinə inanırlar. Hökumətdəki mənbələrimiz Sanosyanın İrəvan Ağsaqqallar Şurasına seçkilər üzrə təşviqat qərargahının rəis müavini təyin olunmasını təsadüfi hesab etmir. Gələcəkdə o, seçkilərdə istədiyi məbləğdən az pul yığmaqda ittiham oluna, seçkidən sonra işdən çıxarıla bilər”, - deyə nəşr yazır.