Gündəm

Paşinyan Qarabağdakı sabiq müdafiə ordusunun komandirini işdən qovdu

Paşinyan Qarabağdakı sabiq müdafiə ordusunun komandirini işdən qovdu
 
 
 
 

 
 
 
 
Ermənistanın Baş naziri Nikol Paşinyan baş hərbi müfəttiş Movses Hakobyanı vəzifəsindən kənarlaşdırıb.

Bundan əlavə, onun iki müavini - Vaçaqan Nersisyan və Kamo Koçunç da vəzifələrindən uzaqlaşdırılıb.
Qərar hökumət başçısının saytında dərc olunub.

Xatırladaq ki, keçən ilin mayında Nikol Paşinyanın Baş nazir seçilməsindən sonra Movses Hakobyan Baş Hərbi müfəttiş təyin edilib.

O, daha əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Müdafiə Ordusunun komandiri və Baş Qərargah rəisi olub.
Movses Hakobyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın doğma dayısıdır.