Gündəm / İdman

Spaletti İtaliya milli futbol komandasına rəhbərlik edəcək

Spaletti İtaliya milli futbol komandasına rəhbərlik edəcək

Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi təyin edilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avqustun 13-də məlum olub ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən azad edilib, o, 2018-ci ildən milliyə rəhbərlik edib.

Spallettinin 64 yaşı var, 2021-2023-cü illərdə İtaliya çempionu olan "Napoli"yə rəhbərlik edib.