Gündəm / Siyasət

Rusiya Qafanda niyə konsulluq açır? - AÇIQLAMA

Rusiya Qafanda niyə konsulluq açır? - AÇIQLAMA

"Rusiya Qafanda konsulluq açmaqla burada güclənən İran təsirlərini bir qədər neytrallaşdırmağa və Azərbaycanın gələcəkdə Türkiyə ilə münasibətlərinin Zəngəzur dəhlizinin üzərindən qurulmasına müəyyən təsir mexanizmləri formalaşdırmaq niyyətindədir".

Bu fikirləri "Kanal14.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert Rusiyanın Qafanda konsulluq açmasının əsas məqsədini şərh edib.

"Təhlükəsizlik konsepsiyası tamamilə məhv olan Ermənistan bu gün ərazisində yerləşmək istəyən heç bir qüvvəyə etiraz etmək və ya qarşı çıxmaq imkanına malik deyil. Artıq Zəngəzurda həm Aİ missiyası, həm Rusiya, həm İran, həm Fransa təsiri, o cümlədən Hindistanın "bölgəyə daxil" olmasını müşahidə edirik. Bütün bunlar isə onu göstərir ki, Ermənistan bizim gözlədiyimizdən də daha erkən Suriyaya çevrilə biləcək".