kanal14.az
kanal14.az

Lavrovun region turnesi: - "...Zəngəzur dəhlizi açılacaq"

Lavrovun region turnesi: -
13-05-2021, 13:32 90 dəfə baxılıb

Lavrovun region turnesi:
"Ermənistan hakimiyyətdə kim olur-olsun, 10 noyabr bəyanatı icra olunacaq".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Ekspert bildirib ki, Ermənistan hakimiyyəti son vaxtlar seçki ilə əlaqədar daxili auditoriyaya yönəlik populist və revanşist ritorika sərgiləyir:

"Ancaq reallıqda Ermənistanın Azərbaycana qarşı yeni bir müharibəyə başlamaq gücü yoxdur. Yerevanın 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozmaq iradəsi də yoxdur. Ermənistanda heç bir siyasi qüvvə Rusiya prezidentinin altında imzası olan sənədə qarşı hörmətsizlik edə bilməz.

44 günlük müharibə Ermənistanın təkcə hərbi müstəvidə rüsvayçı məğlubiyyəti ilə nəticələnmədi.

Bu müharibə həm də saxta və zərərli erməniçilik ideologiyasının məhv olmasına gətirib çıxardı. İllərdir təbliğ olunan qondarma miflər darmadağın edildi. Erməni xalqı Azərbaycan ordusunun qüdrətini və gücünü dərk etmiş oldu. Bir növ, ağır psixoloji travma aldılar".

Analitik vurğulayıb ki, fiziki və mənəvi baxımdan darmadağın olmuş bir dövlət Azərbaycana qarşı yeni müharibəyə başlamaq iqtidarında deyil:

"Bu mənada, Ermənistanda revanş çağırışları seçkiqabağı daxili auditoriya hesablanıb. Lavrovun region turnesinin əsas məqsədi üçtərəfli razılaşmanın icrası ilə bağlı məsələləri yerində öyrənməkdir. Ermənistanda bütün siyasi dairələr başa düşür ki, Rusiya kommunikasiyaların açılmasında maraqlıdır.

Ən qısa zamanda Zəngəzur dəhlizinin də açılması istiqamətində real addımlar atılacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA