Gündəm / İqtisadiyyat / Dünya

Türkiyə zeytun yağı ixracını dayandırır

Türkiyə zeytun yağı ixracını dayandırır

Türkiyə hakimiyyəti qlobal qiymət artımı ilə əlaqədar zeytun yağının ixracını noyabrın 1-dək dayandırmaq qərarına gəlib.

"Kanal14.az" xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

"Nazirlik növbəti məhsul yığımına qədər - 2023-cü il noyabrın 1-dək zeytun yağının butulkalarda və çəlləklərdə ixracı ilə bağlı əlavə tədbirlərin tətbiqi barədə qərar qəbul edib", - nazirliyin məlumatında deyilir.

O, həmçinin İtaliya və İspaniyadakı quraqlıq səbəbindən qlobal zeytun yağı istehsalının 20% azaldığını qeyd edir.