Gündəm / Hadisə / Dünya

Zəlzələdən sonrakı dəhşət - FOTO

Zəlzələdən sonrakı dəhşət

"Kanal14.az” "hürriyet” qəzetinə istinadən bildirir ki, zəlzələdən sonra Hatayın Dəfnə rayonunun zeytun bağlarında dəhşətli mənzərələr yaranıb. Belə ki, zəlzələnin güclü təsirindən sonra bağ iki hisəyə bölünərək 100 metr irəli sürüşüb. Şam ve zeytun ağacları torpağa basdırılıb. Toygarlı məhəlləsində 12 hektarlıq zeytun bağı bir neçə yerə bölünüb, 20-25 metr dərinlikdə yarqanlar əmələ gəlib. Yarqanları görməyə gələn insanlar vahimələnib geri çəkilirlər.

Zəlzələdən sonrakı dəhşət

Bağın sahibi Serdal Özçelik ürək yanğısı ilə deyir ki, "böyük zəhmət hesabina min zeytun ağacı əkmişdim. Allahın köməyi ilə ildə 15-20 ton zeytun yağı istehsal edirdik. Zəlzələdən sonra tarlamız bax beləcə yarqanlara bölündü. Əməyimiz zay oldu. Yaxşı ki, can təlafatı olmadı. Qorxumuzdan hələ tarlaya girə bilmirik. Düşünürəm ki, bundan sonra burda məhsul yetişdirmək mümkün olmayacaq".

Hadisə yerinə baxmağa gələn məhəllə sakini Mehmet Zabunoğlu fikirlərini belə izah edir: "Belə bir şey ola bilməz, sanki atom bombası düşmüşdü. Burda hər şey dəyişdi. İndi çox qorxuludur. İnsanlar hələ də qorxu içindədir.Uşaqıarı buralara buraxmaq çox təhlükəlidir. Görək dövlətimiz nə edir”

Kanal14.az
Asiman Əsədsoy