Gündəm / Təhsil

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başladı

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başladı

UNEC rəqəmsal universitet modelinin daha bir seqmenti kimi təkmil sertifikatlı gücləndirilmiş elektron imza tokeninin istifadəsinə başlayıb.

Bu barədə "Kanal14.az"a Universitetdən məlumat verilib.

Bildirilir ki, elektron sənəd dövriyyəsi olan DocNet-də avqustun 1-dən başlayaraq bütün çıxış sənədləri elektron imza ilə imzalanacaqdır. Bununla da UNEC istənilən təşkilatla kağızsız sənəd dövriyyəsini tətbiq edə biləcək.