Donald Tramp mühakimə olunacağı təqdirdə həbsdə olmasına baxmayaraq, ABŞ prezidenti vəzifəsi uğrunda mübarizəni dayandırmayacağına söz verib.  

"Kanal14.az" xəbər verir ki, bu barədə Tramp "İndependent" nəşrinə danışıb. 

ABŞ-ın keçmiş prezidenti bu barədə aparıcının ona qarşı açılan cinayət işlərindən hər hansı birində mühakimə olunacağı təqdirdə prezidentlik kampaniyasını davam etdirməkdən imtina edib-etməyəcəyi ilə bağlı sualına cavabında bildirib.

"Qətiyyən. Konstitusiyada heç nə mənə bunu etməyi qadağan etmir”, - deyə Tramp ifadə edib.

Xatırladaq ki, eks-prezident Nyu-Yorkda münasibətdə olduğu porno ulduza susmaq üçün pul ödəməyə görə və məxfi materiallarla saxlamaqla bağlı ittiham irəli sürülüb.