Gündəm / Siyasət / Dünya

Tramp prezidentlik yarışından heç vaxt imtina etməyəcəyini deyir

Tramp prezidentlik yarışından heç vaxt imtina etməyəcəyini deyir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Fox News” telekanalına müsahibəsində biznes sənədlərini saxtalaşdırmaqda təqsirli bilinsə belə, Amerika lideri vəzifəsinə namizədliyini irəli sürəcəyini və seçkilərdə iştirak edəcəyini bildirib.

"Xeyr, mən (yarışdan) çəkilməyəcəyəm. Bu mənim deyil. Mən bunu heç vaxt etməyəcəyəm”, - deyə Tramp, təqsirli bilinməsi də daxil olmaqla, nəyinsə onu yarışdan çıxmağa məcbur edə biləcəyi sualına cavab verib.

Tramp daha əvvəl pornoqrafik aktrisa Stormi Daniels də daxil olmaqla iki qadına onların iddia edilən əlaqəsi barədə susduqlarına görə ödənişlərlə bağlı biznes qeydlərinin 34 saxtalaşdırılması ittihamı ilə üzləşmişdi.

"Kanal14.az"ın "Fox News”a istinadən məlumatına görə, Trampa qarşı irəli sürülən ittihamların cəmi üçün mümkün olan maksimum cəza 136 il həbsdir. Eks-prezidentin özü təqsirsiz olduğunu bəyan edib və Manhettenin cinayət məhkəməsindən azad edilib. Trampın vəkili Joe Tacopina bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamlarda faktlar yoxdur.

Kanal14.az
Ulduz Talıblı