Gündəm / Siyasət / Dünya

Tramp Rusiya, Çin və Şimali Koreya liderlərini ən ağıllı insanlar adlandırıb

Tramp Rusiya, Çin və Şimali Koreya liderlərini ən ağıllı insanlar adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya, Çin və Şimali Koreya liderlərini ən ağıllı insanlar adlandırıb.

"Kanal14.az" bildirir ki, o, bu fikri ötən gün amerikalı siyasi şərhçi Taker Karlsona "Fox News” telekanalına müsahibəsində bildirib.

"Onların hamısı ən yaxşısıdır. Bu insanlar öz oyunlarında ən yaxşısıdırlar. Amerikalı uşaqlar belə deyillər və heç vaxt belə olmayıblar” deyən Ağ Evin keçmiş rəhbəri Çin prezidenti Si Cinpini "parlaq”, Şimali Koreya lideri Kim Çen İni "ən yaxşı”, Rusiya prezidenti Vladimir Putini isə "ən yaxşı” və "çox ağıllı" hesab etdiyini qeyd edib.

Tramp həmçinin əlavə edib ki, - "demokratların 2016-cı ildə seçkilərə müdaxiləsi ilə bağlı başlatdığı əsassız araşdırma olmasaydı, ABŞ Rusiya ilə qarşılıqlı fayda üçün işləyə bilərdi. Onunla (Putinlə) çox yaxşı münasibətim var idi. Amma, Rusiya ilə bağlı saxta araşdırma aparıldığı üçün bu, çox çətin oldu”.

2022-ci ilin noyabrında Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı.

Kanal14.az
Samirə Əsgərova