Gündəm / Cəmiyyət

Bakıda daha bir küçədə sürət həddi endirildi

Bakıda daha bir küçədə sürət həddi endirildi

Bakının Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qurum hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələrini xahiş edir.