Gündəm

Sürücülərin diqqətinə - Sürət azaldıldı

Sürücülərin diqqətinə - Sürət azaldıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

DogruXeber.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, qurum sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir:

"Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.