Sosial

Sürət həddi endirildi

Sürət həddi endirildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar sürət həddi aşağı endirilib. 

BNA-dan"Qafqazinfo”ya daxil olan məlumata görə,Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat nəzərdə tutulub. 

Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Qurum sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə olunur.