Gündəm / İdman

"Qarabağ" "Linkoln"a qarşı


Bu gün "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxacaq.

"Kanal14.az" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.