Rusiyanın Əməkdar artisti Zara Türkiyədə musiqi festivalına qatılacaq.

"Kanal14.az” xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib. Lakin Zaranın bu paylaşımı erməniləri hiddətləndirib. Belə ki, o, festivalın afişasını səhifəsinə yerləşdirərək yazıb: "Əzizlərim, iyulun 9-da Türkiyənin Ağrı vilayətində 100 mindən çox tamaşaçının toplaşacağı genişmiqyaslı musiqi festivalına qatılacağam. Çox həyəcanlıyam. Mənə uğurlar arzulayın”. 

Erməni izləyiciləri Zaraya irad tutaraq Ağrı vilayətinin adını "düzgün yazmadığını” və bu adın "Ararat” olduğunu bildiriblər. Üstəlik, çoxları onu öz köklərinə xəyanətdə ittiham edib. 
Qeyd edək ki, Zara əslən Ermənistandan olsa da, milliyətcə kürddür.