Gündəm / Siyasət

"Azərbaycanla sərhəddə üç keçid məntəqəsini açmağa hazırıq" - Paşinyan


"Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açmağa hazırdır".

"Kanal14.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, bu barədə rəsmi Bakıdan cavab gözlədiyini açıqlayıb. Paşinyan həmçinin bildirib ki, sülh müqaviləsinin mətni hələ imzalanmaq üçün tam hazır deyil.