Gündəm / Siyasət

"Baş Qərargah rəisinin istefası sərəncamını imzalamalısan" - Paşinyan prezident Sarkisyana


"Ona dedim ki, Onik Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalısan. Əgər yox, onda bu deməkdir ki, o, müxalifətə qoşulub?".

"Report" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla telefon danışığının detallarını açıqlayan zaman deyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik O.Qasparyanın istefaya göndərilməsi barədə prezidentə təklif göndərib.