Gündəm / Cəmiyyət / Sosial

5,5 maqnitudada baş verən zəlzələ təkrarlana bilər? - AÇIQLAMA

5,5 maqnitudada baş verən zəlzələ təkrarlana bilər? - AÇIQLAMA

"Təkan baş verməsi 10 saniyədən az bir müddətdə baş verib və heç bir dağıntı qeydə alınmayıb".

"Kanal14.az" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, kiçik təkanlar var və olmalıdır: "Yəni avterşoklar, enerji boşalmaları gedir. Güclü təkanlar olub. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir".

Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.