Gündəm / Cəmiyyət / Sosial

Naxçıvanda camaat artıq FUAD NƏCƏFLİ NAĞILINA inanmır... - MÜRACİƏT

Naxçıvanda camaat artıq FUAD NƏCƏFLİ NAĞILINA inanmır... - MÜRACİƏT

Kanal14.az: - Vasif Talıbovun "devrilməsinin" ardından Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi postunun yaradılması və bu posta Fuad Nəcəflinin təyin olunması Naxçıvan sakinlərində müəyyən bir ümidlər yaratsa da, gələcəkdə mövcud durumun müsbətə doğru dəyişəcəyilə bağlı inam formalaşdırsa da, artıq bütün bunlar keçmişdə qalmış kimidir.

Bu barədə DİA.AZ-a yazan Naxçıvanın təhsil işçiləri bildirir: "Vasif Talıbovun sədrliyi vaxtı hər şey aydın idi. Bakıdan nə qədər icazə vermişdilər, o qədər də irəliləmişdi. Çünki Vasif Talıbov sədrlikdən gedəndən sonra gördük ki, hər şey əslində Bakının icazəsi ilə baş verib, yəni elə-belə, özbaşına XAN olmayıb.

İndi də Fuad Nəcəfli eyni qaydada özünə xanlıq yaratmaqdadır. Sanki Naxçıvan camaatı cəzalıdır və bizim normal düzəndə yaşamaq haqqımız və hüququmuz yoxdur.

Naxçıvanda ən acınacaqlı vəziyyət təhsildədir. Təhsil sistemində yoxlamalar aparılır, buna qədər də aparılıb. Amma bir məqsəd var: PUL TOPLAMAQ...

Vasif müəllimin vaxıtnda da belə idi. Nə dəyişib ki? Ona görə, artıq biz Naxçıvanın ziyalı kəsimi hesab olunan təhsil işçiləri hansısa FUAD NƏCƏFLİ NAĞILINA inanmırıq..."

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.