"Kanal14.az" erməni mətbuatına istinadla xəbər verir ki, qarşı tərəf hərbçimizi guya Zəngəzurda mis-molibden kombinatının 57 yaşlı mühafizəçisi Hayrapet Meliksetyanı qətlə yetirməkdə təqsirləndirib.

Yalançı cinayət işi üzrə məhkəmə prosesi Zəngəzur Baş Yurisdiksiya Məhkəməsinin hakimi Napoelon Ohanyana həvalə edilib. İlkin dinləmələr günü iyunun 9-u saat 16:00-a təyin edilib.