Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycan müdafiə xərclərini artırır

Azərbaycan müdafiə xərclərini artırır

Azərbaycan hökuməti ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 milyard manat artırır.

"Kanal14.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 070 milyon manat təşkil edəcək.