Gündəm / İdman

Taekvondoçumuz dünya çempionatına qələbə ilə başladı

Taekvondoçumuz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Kanal14.az" xəbər verir ki, çempionatda 68 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü 1/32 finalda qırğızıstanlı Eldar Kurmanaliyev ilə qarşılaşıb.

Azərbaycan idmançısı görüşdən qələbə ilə ayrılıb və 1/16 final mərhələsinə yüksəlib. Bu mərhələdə C.Ağayevin rəqibi Çin idmançısı Çenminq Ksyao olacaq.