İdman

Rauf Məmmədovdan qələbə — Arkadi Naydiç isə heç-heçə etdi

http://olke.az/uploads/1548572977/rfghjgfd.jpg
 
Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının "Masters" turnirində Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədov beşinci turun oyunlarını keçiriblər.

"Kanal14.az" azərtac-a istinadən bildirir ki, A.Naydiç son turda isveçli Nils Qrandeliusla sülh bağlayıb, Rauf Məmmədov isə Rusiya idmançısı Valentina Qunina üzərində qələbə qazanıb. Beş turun nəticəsinə görə, Arkadi Naydiçin aktivində 4 xal var. Rauf Məmmədov isə 3,5 xal toplayıb.

Bu gün Rauf Məmmədov Rusiya idmançısı Danil Yuffa ilə qarşılaşacaq. Digər şahmatçımız A.Naydiçin isə istirahət günüdür.