Gündəm / Siyasət / Dünya

Bolton Avstraliya, İsrail və Yaponiyanı NATO-ya dəvət etməyi təklif edib

Bolton Avstraliya, İsrail və Yaponiyanı NATO-ya dəvət etməyi təklif edib

NATO Avstraliya, İsrail, Yaponiya və alyansın büdcəsinə əhəmiyyətli töhfə verə biləcək digər ölkələri öz sıralarına dəvət etməlidir.

"Kanal14.az" "ria.ru"ya istinadən bildirir ki, bu fikri çərşənbə günü ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton "The Wall Street Journal”da ABŞ-ın növbəti prezidentinin xarici siyasət prioritetləri ilə bağlı əsas məqaləsində bildirib.

"Biz Yaponiya, Avstraliya, İsrail və NATO-nun müdafiə xərclərinə sadiq qalan digər ölkələri dəvət etməklə, NATO-nun qlobal olması barədə Xose Mariya Aznarın (İspaniyanın keçmiş baş naziri) təklifini həyata keçirməliyik”, - deyə o yazıb.

Bundan əlavə, Bolton deyir ki, Vaşinqton və onun müttəfiqləri müdafiə xərclərini ÜDM-in faizi kimi Ronald Reyqanın ABŞ prezidentliyi dövründəki səviyyələrə çatdırmalıdır. Eyni zamanda, keçmiş amerikalı məmur hesab edir ki, bu, digər sektorlarda federal büdcənin azaldılması yolu ilə edilə bilər.

Boltonun sözlərinə görə, hazırda ən aktual məsələlərdən biri Tayvana silah tədarüküdür. Onun fikrincə, "Vaşinqton, eləcə də onun Avropa və Asiya tərəfdaşları daha çox hərbi yardım göstərməli və Taypeyi ölkələrin kollektiv təhlükəsizlik sistemlərinə çevirməlidir".

Kanal14.az
Kamal Əsgərov