Gündəm / Siyasət / Dünya

Serbiya Müdafiə Nazirliyi nə Rusiyaya, nə də Ukraynaya silah satmadıqlarını bəyan edib

Serbiya Müdafiə Nazirliyi nə Rusiyaya, nə də Ukraynaya silah satmadıqlarını bəyan edib

Belqrad nə Kiyevə, nə də Moskvaya silah satmayıb və satmayacaq.

Bu barədə bu gün Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib.

"10 dəfədən çox bu yalanı təkzib etmişik, yenə də edəcəyik. Serbiya nə Ukrayna, nə də Rusiya tərəfinə, eləcə də münaqişə zonasının qonşuluğunda yerləşən dövlətlərə silah satmayıb və satmayacaq. Aydındır ki, kimsə Serbiyanı bu münaqişəyə cəlb etmək niyyətindədir, lakin biz ardıcıl olaraq təsdiq edilmiş siyasətimizə sadiqik”, - deyə nazir Tanjuq xəbər agentliyinə bildirib. O, serb silahlarının "müəyyən sehrli şəkildə" münaqişə zonasına daxil ola biləcəyini istisna etməyib, lakin onun sözlərinə görə, "bunun Serbiya ilə heç bir əlaqəsi yoxdur".

"Kanal14.az"ın əldə etdiyi məlumata görə Reuters Pentaqonun internetə sızan məxfi sənədlərinə istinadən iddia edib ki, Serbiya hökuməti Ukrayna ordusunu öldürücü silahlarla təmin etmək imkanını etiraf edir. Agentlik 38 Avropa ölkəsinin hökumətlərinin Kiyevə hərbi dəstək verməyə hazır olduqlarına dair suallara cavablarının xülasəsi olan cədvələ istinad edir.

Kanal14.az
N.Məmərli