Gündəm / Cəmiyyət / Sosial

"Twitter" Serbiya səfirliyinin hesablarını dondurdu


Serbiya Xarici İşlər Nazirliyi "Twitter"in Serbiyanın 7 səfirliyi və konsulluğunun hesablarını dayandırdığını açıqlayıb.

"Kanal14.az" xəbər verir ki, nazirlikdən verilən məlumata görə, avqustun 18-də Serbiyanın Ermənistan, Qana, İran, İndoneziya, Küveyt, Nigeriya və Zimbabvedəki səfirliklərinin və Çikaqo konsulluğunun hesabları dayandırılıb.

Əməliyyatın heç bir izahat və sosial media qayda pozuntusu olmadan həyata keçirildiyi açıqlanıb.

İfadə azadlığını vurğulayan Belqrad, "Twitter"dən bu hesabların bloklanmamasını istəyib.