Gündəm / Siyasət / Dünya

Al-Qahera News Misirin Rusiya üçün 40 min raket hazırlaması ilə bağlı iddiaları rədd edir

Al-Qahera News Misirin Rusiya üçün 40 min raket hazırlaması ilə bağlı iddiaları rədd edir

"Vaşinqton Post”un Misirin Rusiya üçün 40 minə qədər raket hazırlaması ilə bağlı iddiası həqiqətə uyğun deyil.

"Kanal14.az" bildirir ki, bu barədə "Əl-Qahera News" rəsmi Misir mənbəsinə istinadən xəbər verir.

Telekanalın mənbəsinin sözlərinə görə, Washington Post mesajı "absurddur", "reallığa uyğun gəlmir". Misirin bütün beynəlxalq tərəflərə qarşı balanslaşdırılmış siyasət yürütdüyünü qeyd edən mənbə bu siyasətin müəyyənedici amillərinin sülh, sabitlik və inkişaf olduğunu bildirib.

Bundan əvvəl "Washington Post” ABŞ kəşfiyyatının sızdırılmış sənədinə istinad edərək iddia etmişdi ki, Misir Rusiyaya gizli şəkildə 40 minə qədər raket göndərməyi planlaşdırır.

Kanal14.az
samirə Əsgərova