Gündəm / Siyasət / Dünya

İspaniyanın baş naziri Pekini Zelenski ilə sülh planını müzakirə etməyə çağırıb

İspaniyanın baş naziri Pekini Zelenski ilə sülh planını müzakirə etməyə çağırıb

"Kanal14.az” "THE GUARDİAN” qəzetinə istinadən xəbər verir ki.İspaniyanın baş naziri deyib ki, o, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı narahatlığını Si Cinpinə çatdırıb və Pekini iki ölkə arasında əlaqələri gücləndirmək məqsədi ilə Çinə səfəri zamanı birbaşa Kiyevlə sülh planlarını müzakirə etməyə çağırıb.

İspaniyanın Pekindəki səfirliyindən jurnalistlərə danışan Pedro Sançez deyib ki, Çin prezidenti ilə danışıqlar "Ukraynanın qanunsuz işğalı ilə bağlı narahatlığımızı çatdırıb”, həmçinin Sini prezident Zelenski ilə danışmağa təşviq edib”. Kiyevin təklif etdiyi sülh planı haqqında söhbət açıb. Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə Pekinlə birbaşa danışmağa açıq olduğunu bildirib. Rusiya lideri Vladimir Putinlə bir neçə dəfə danışıqlar aparmasına baxmayaraq, Çin lideri hələ də onun təkliflərinə cavab verməyib.

P.Sançes Çin prezidentinin mart ayın əvvəlində Putinlə danışıqlar üçün Moskvaya getməsindən sonra Si ilə görüşən ilk qərb lideri oldu .
Sánçez Sinin müharibə ilə bağlı söylədiklərini şərh etməkdən imtina etdi. Əvəzində bildirib ki, o, bu görüşdən Kiyevin noyabrda təklif etdiyi, Ukrayna ərazisinin Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməzdən əvvəlki status-kvonun bərpası tələblərini özündə əks etdirən sülh formulasına İspaniyanın dəstəyini vurğulamaq üçün istifadə edib.

"İnanıram ki, bu, Ukraynada davamlı sülhün əsasını qoyan və Putinin işğalı ilə pozduğu Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və onun prinsiplərinə mükəmməl uyğun gələn bir plandır" dedi Sançes. "Mən Ukraynanın azad və suveren dövlət kimi ona təsir edən məsələlərlə bağlı qərar verməsinin vacibliyini vurğuladım”

Kanal14.az
Aytəkin Talıbqızı