Gündəm / Hadisə / Dünya

Filippində gəmi - bərə yanğınında ölənlərin sayı xeyli çoxalıb

Filippində gəmi - bərə yanğınında ölənlərin sayı xeyli çoxalıb

"Kanal14.az” "hurriyet” qəzetiə istinad edərək xəbər verir ki, Filippində gəmi- bərədə baş verən yanğında ölənlərin sayının 31-ə çatıb. Mindanao adasından Jolo adasına gedən "The Lady Mary Joy 3" adlı bərədə baş verən yanğında can itkilərinin sayı getdikcə çoxalır. Basilan valisi Cim Hataman qəzadan sonra verdiyi son açıqlamada gəmi- bərədə 250 sərnişinin olduğunu vurğulayıb.

Hataman eyni zamanda yanan gəmidən 23 nəfər yaralının çıxarıldığını və itkin düşən 7 sərnişinin xilasetmə işlərinin davam etdiyini bildirib.
Bərənin Basilan sahilinə çəkildiyini deyən Hataman, "Yanğın nəticəsində çox sayda insan həyatını itirdi. Hadisə ilə bağlı istintaq davam edir" dedi

Kanal14.az
Anarə Muhəmməd