Gündəm / Cəmiyyət / Dünya

Nashville atışmasından sonra "düşüncələr və dualar" kifayət deyi

Nashville atışmasından sonra

"Kanal14.az” "The Guardian” qəzetinə istinadən xəbər verir ki, ABŞ Senatında namaz qılan din xadimi deyib: "Körpələr kilsə məktəbində öləndə, bizim düşüncələrdən və dualardan kənara çıxmağın vaxtıdır".

Barry C Black bunu deyərkənTennessi ştatının Nashville şəhərindəki Covenant Məktəbində doqquz yaşlı 3 uşağın və üç böyük şəxsin qətlə yetirildiyini nəzərdə tuturdu. Lakin senatda müzakirələr gedən zaman silahların tənzimlənməsinə qarşı çıxan bir çox respublikaçı senatorlar bunun əvəzinə fikirlər və dualar təklif etdi.

Nümayəndələr Palatasının əksəriyyətinin lideri, 2017-ci ildə konqres beysbol məşqində atışmadan sağ çıxan Steve Scalise dua edənlər arasında idi. O, jurnalistlərə deyib : "İnsanların öz şəxsi gündəmləri üçün bunu siyasiləşdirməyə çalışdıqlarını görəndə, xüsusən də faktları belə dəqiq bilmədikləri zaman mən çox qəzəblənirəm.”

Missuri ştatından senator Coş Hauli də daxil olmaqla digər respublikaçılar , atışmanın hədəfinin xristian məktəbi olduğunu nəzərə alaraq, nifrət cinayətlərinin araşdırılmasına çağırıblar.

Nashville polisinin rəisindən tutmuş ABŞ-ın baş prokuroru Merrik Qarlendə qədər səlahiyyətlilər bunun səbəbinin hələ məlum olmadığını bildiriblər.

Senatda B.Black deyib: "Britaniya dövlət xadimi Edmund Börkün sözlərini qanunvericilərimizə xatırladıram: "Şərin qələbə çalması üçün yaxşı insanların heç nə etməməsi lazımdır”.

Sonra Black əllərini yuxarı qaldıraraq demişdir:"Ya Rəbb, senatorlarımızı möcüzəni gözləyən təhlil iflicindən xilas et. Bizi əhatə etməyə çalışan şeytani qüvvələrlə döyüşmək üçün kömək et. Sənin qüdrətli adınla dua edirik, amin”.

Kanal14.az
Anarə Muhəmməd