Gündəm / Cəmiyyət / Dünya

Amsterdam da TikTok və Telegram-ı qadağan edəcək

Amsterdam da TikTok və Telegram-ı qadağan edəcək

Amsterdam bələdiyyəsi, Hollandiya hökumətinin ardınca, dövlət qulluqçularının iş telefonlarında TikTok, artından isə Telegram tətbiqini qadağan etmək niyyətindədir.

"Kanal14.az" "NL Times"a istinadən bildirir ki, Amsterdam bələdiyyəsinin üzvü Turia Meliani şəhər şurasına yazdığı məktubda bildirib ki, şəhər dövlət qulluqçularının iş mobil telefonlarında TikTok istifadəsini qadağan etmək istəyir. Beləliklə, bələdiyyə ölkənin Nazirlər Kabinetindən nümunə götürmək qərarına gəlib.

Amsterdam bu cür tətbiqlərdən imtina etməklə şəxsi məlumatların "potensial təhlükəsizlik riskinin" qarşısını almaq istıdiyini deyib..

Şəhər rəsmiləri Telegram kimi digər proqramların tezliklə qadağan olunacağını istisna etmirlər.

Məktubda deyilir ki, şəhər rəhbərləri indi şəhər şurası üzvlərinə "tətbiqi mümkün qədər tez silməyi” tapşıracaq və həmçinin TikTok-u telefonlarından siləcəklər.

Kanal14.az
Jalə Əədova