Gündəm / Cəmiyyət / Dünya

ABŞ - TikTok müharibəsi

ABŞ - TikTok müharibəsi

ABŞ, Kanada bə Avropa Birliyində hökumət təşkilatlarına aid müəssisələrdə TikTok istifadəsi qadağan olunub. Bu həmçinin rğsmi işçilərin də TikTok-dan istifadə etməsinin qadağan olunmasıdır.

"Kanal14.az" qeyd edir ki, bu barədə BBC məlumat verib.

Getdikcə artan ABŞ-Çin gərginliyi fonunda TikTok-un istifadəçilərin şəxsi məlumatlarını toplaması və Çin kəşfiyyat orqanlarına verməsi də ayrıca bir gərginlik mövzusu olması hadiasələri daha da tündləşdirir. Artıq TikTok istifadə etmək siyasi əhəmiyyət də daşımağa başlayıb. Sıradan istifadəçilərin sosial şəbəkə olan TikTok-un istifadəçilərin şəxsi məlumatlarını necə topladığını və Çinin kəşfiyyat orqanlarının nə kimi işinə yaradığını bilməməsi normaldır, çünki hər kəs yüksək rəqəmsal savadlılığa malik deyil. Ancaq, digər yandan istifadəçilərin bunu anlamaması onların məkumatının toplanmayacağına və istifadə olunmayacağına əsas vermir.

TikTok istifafəçiləri müxtəlif VPN-lər vasitəsilə yenə də bu sosial şəbəkədən istifadə edirlər. Ancaq onlar dövlət rəsmiıəri deyillər. Əsasən gənclər və tələbələr müxtəlif yollarla şəbəkədən istifadə etməyi davam etdirirlər. İstifadəçilərin çoxu bu şəbəkənin siyasi səbəbdən qadağan olunmasını doğru saymır və onların hiddətinə səbəb olur. Ancaq onların hiddəti dövlət təhlükəsizliyindən əhəmiyyətli deyil. Buna görə də rəsmi idarəçilərin qərarları keçərliliyini qoruyur.

Çinin texnologiya nəhəngi olan "ByteDance"-a məxsus TikTok sosial şəbəkəsinin Çin rəsmi dövlət təşkilatları ilə əməkdaşlıq etməsini düşünmək normaldır. Çünki, eyni halları "Google", "Facebook", "Twitter" kimi şirkətlərin ABŞ hökumətinin qərarlarına uyğun siyasət yürütdüklərində görmüşük. Yəqin ki, Çinin tenologiya məhəngi də hökumətlə işbirliyində olması səbəbindən Çin hökuməti bu şirkətin maraqlarını qorumaqda xüsusi səy göstərir.

Həm Çin Qərb dövlətlərinin iddialarının doğru olmadığını desə də, dünyada xüsusi yeri olan bu aparıcı ölkələr əsassız iddialar irəli sürməz.

Qərb dövlətləri üçün olan TikTok təhlükəsi Azərbaycan üçün də fərqli deyil. Ölkəmizdə də bu şəbəkənin çox sayda istifadəçiləri vardır.

Kanal14.az
Asiman Əsədsoy