Gündəm / Cəmiyyət / Dünya

Mehmetçiklə iftar proqramı... Prezident Ərdoğan: Əsgərlərimiz zəlzələ bölgəsində fədakarlıqla çalışdı

Mehmetçiklə iftar proqramı... Prezident Ərdoğan: Əsgərlərimiz zəlzələ bölgəsində fədakarlıqla çalışdı

"Kanal14.az” "Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Prezident Ərdoğan Ankarada iftar proqramında Mehmetçiklə danışıb. Prezident Ərdoğan, "Bəzi insanlar davamlı olaraq fitnə-fəsad törətmək haqqında danışsalar da, biz əsgərlərimizin zəlzələ bölgəsində gördüyü işləri çox yaxşı bilirik. Əsgərlərimiz zəlzələ bölgəsində fədakarcasına çalışıblar" dedi.

Prezident Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:

"Tarixçilər əsgər, millət ifadəsini millətimiz üçün işlədirlər. Qısa və ya uzunmüddətli hərbi xidmətin tornasından keçməmiş türk övladı yoxdur. Ordumuz sərhəd təhlükəsizliyindən tutmuş, terrorla mübarizəyə qədər bir çox sahədə uğurları ilə dastan yazır.

6 fevral zəlzələlərində ağır vəziyyət qismən də olsa 3 saat ərzində aradan qaldırıldı. Bəzi insanlar davamlı olaraq fitnə-fəsad törətmək üçün boşboğazlıq etsə də, biz əsgərlərimizin zəlzələ bölgəsində gördüyü işləri çox yaxşı bilirik. Əsgərlərimiz zəlzələ bölgəsində fədakarlıqla çalışıblar. Bütün əsgərlərimə öz adımdan və millətim adından minnətdarlığımı bildirirəm.”

Kanal14.az
Kamal Əsgərov