Gündəm / İqtisadiyyat / Cəmiyyət / Dünya

Bitcoin 28.000 dolları ötüb

Bitcoin 28.000 dolları ötüb

"Kanal14.az" "pnp.ru"ya istinadən xəbər verir ki, binance kriptovalyuta birjasının məlumatına görə, dünyada ilk kriptovalyuta olan Bitcoin 28 min dollara qədər bahalaşıb.

ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyasının (CTFC) Binance kripto birjasına qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı xəbərlər fonunda 26,7 min dollara qədər ucuzlaşan Bitcoin bir gündə 4,1% bahalaşaraq 28 136 dollara satılır.

Aparıcı altkoinlər də bahalaşıb. Ethereum-un dəyəri 24 saat ərzində 5% artaraq 1,82 min dollara, bir Ripple sikkəsi 12,6% bahalaşaraq 0,55 dollara qədər 2022-ci ilin may ayının əvvəlindən maksimumu yenilənib.

Kanal14.az
Asiman Əsədsoy