Gündəm / İqtisadiyyat / Cəmiyyət / Dünya

Bitcoin 8% ucuzlaşıb

Bitcoin 8% ucuzlaşıb

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, bu gün səhər bitkoinin dəyəri 8% azalıb. tTcarət məlumatlarına görə bir sikkə üçün 20 min dollardan aşağıdır.

Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan Binance-də bitkoin gündəlik 8,07% azalaraq 19,97 min dollara düşüb. Daha əvvəl ticarətin gedişində qiymət 19 776 dollara düşüb, bu, yanvarın 14-dən bəri ən aşağı dəyərdir.

20-dən çox birjanın orta qiymətini hesablayan CoinMarketCap portalının məlumatına görə, bitkoinin qiyməti 7,94% azalaraq, həm də orta hesabla 20,01 min dollar olub.

İlin əvvəlindən bitkoinin qiyməti nəzərəçarpacaq artım nümayiş etdirib.

Kanal14.az
Anarə Muhəmməd