Gündəm / Dünya

BMT TŞ Rusiyanın “Şimal axını”nın təxribatı ilə bağlı qətnaməsinin əleyhinə səs verib

BMT TŞ Rusiyanın

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası "Şimal axını”nın təxribatının beynəlxalq təhqiqatına dair Rusiya-Çin qətnaməsini dəstəkləməyib.

Qətnaməni 3 ölkə dəstəkləyib, əleyhinə sıfır səs, 12 ölkə isə bitərəf qalıb.

"Kanal14.az" TASS-a istinadən xəbər verir ki, beləliklə, qətnamə təsdiq üçün tələb olunan doqquz səsi ala bilməyib.

Qətnaməni Rusiya, Çin və Braziliya dəstəkləyib, Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, BƏƏ, ABŞ, Fransa, İsveçrə, Ekvador və Yaponiya bitərəf qalıb.

Qətnamənin həmmüəllifləri Belarus, Venesuela, KXDR, Nikaraqua, Suriya və Eritreyadır. Lakin bu dövlətlər Təhlükəsizlik Şurasının üzvü deyillər və səsvermədə iştirak etməyiblər.

Kanal14.az
Ulduz Talıblı